USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB Azərbaycan” ötən il işçi heyətini artırıb

02.06.2022 Bank
0 0
“Bank VTB Azərbaycan”ın işçilərinin sayı artıb.

"Kommersant.az" bu barədə bankın audit hesabatına istinadən xəbər verir.

Bankın 31 dekabr 2021-ci il tarixinə 376 işçisi olub ki, bu da illik müqayisədə işçilərin sayının 15 nəfər artması deməkdir.

2020-ci ildə “Bank VTB Azərbaycan”ın işçilərinin sayı 361 nəfər olub.

Xatırladaq ki, Bank VTB (Azərbaycan) ASCAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 14 dekabr 1993-cü il tarixində “AF-Bank” ASC kimi təsis edilib. Bank 22 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 162 qeydiyyat nömrəli ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir.