USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankı məhkəməyə verildi

03.06.2022 Bank
0 0
“GRANTEX Company” MMC Azərbaycan Mərkəzi Bankı ilə bağlı məhkəməyə müraciət edib.

Şirkət iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, MMC inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Fərid Mədətlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.