USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank Zakir Qaralovun şirkətini cərimələdi

07.06.2022 Bank
0 0
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC-yə cərimə protokolu yazılıb.

"Kommersant.az"ın əldə etdiyi məlumata görə, ASC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmə iclası iyunun 9-na təyin edilib.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.