USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir

14.06.2022 Bank
0 0
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Məlumat mərkəzinin (Data center) və Rezerv mərkəzinin yenilənməsi

Tenderin elan tarixi: 13.06.2022

Tenderin son tarixi : 05.07.2022

Tenderdə iştirak etmək istəyən şirkətlərin Məlumat Mərkəzinin qurulması, Rezerv mərkəzinin həlli və ona uyğun şəbəkənin qurulması üzrə təcrübəsi olmalıdır. Şirkətlərdən müvafiq sahə üzrə ən azı 5 (beş) il iş fəaliyyətinin olması tələb olunur.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • tender təklifi 31.07.2022 tarixinə kimi qüvvədə olmalıdır;

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər sifariş haqqında məlumatları əldə etmək üçün 20.06.2022 tarixinə kimi [email protected] elektron ünvanına yazmaqla tenderdə iştirakını təsdiq etməlidir.

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.. Yuxarıda sadalanan sənədlər qiymət təklifləri ilə birlikdə 05.07.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.