USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank istehlak kreditlərinin statistikasını açıqladı

29.07.2022 Bank
0 0
Azərbaycanda istehlak kreditləri faizləri müxtəlif istiqamətdə dəyişib.

Kredit kartları vasitəsi ilə verilən manat kreditləri son üç ayda 25%-də və təmirlə bağlı verilən kreditlər sabit qaldığı halda, məişət avadanlıqlarına verilən kreditlər 21%-dən 22%-ə yüksəlib, avtokreditlər isə 16%-dən 15%-ə düşüb.

ABŞ dollarında verilən istehlak kreditləri isə 7%-dən 8%-ə qədər bahalaşmışdır.

Mərkəzi Bankın açıqlamasına görə, 2022-ci ilin üçüncü rübünün sonu 4 mlrd. 831.3 mln. olan istehlak kreditləri ikinci rübdə 5 mlrd. 189.8 mln. manata yüksəlib.