USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank əməkdaşları arasında futbol turniri - KEÇİRİLİB

02.08.2022 Bank
0 0
Yelo Bank əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzi və idmana marağın artırılması məqsədilə daxili futbol turniri təşkil edib.

"Kommersant.az" xəbər verir ki, “OLEY Cup 2022” adlı turnirdə Bakı şəhəri və regionları təmsil edən 20 komanda öz güclərini sınayıblar. Gərgin və olduqca həyəcanlı keçən mübarizədə 3-cü yer uğrunda Sumqayıt və FİM komandaları üz-üzə gəliblər. Nəticədə qarşılaşmanın qalibi Sumqayıt komandası olub. KBD-1 və Qaradağ komandalarının çempion adı uğrunda yarışdığı son görüş də olduqca maraqlı anlarla yadda qalıb. Yekunda 4:1 hesab üstünlüyü ilə KBD-1 komandası “OLEY Cup 2022” çempionu adını qazanıb. Turnirin qaliblərinə kubok, medallar və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. “OLEY Cup” turnirinin növbəti il də keçirilməsi və başqa daxili tədbirlərin təşkili də planlaşdırılır.

Bank xidmətləri, o cümlədən, kredit, məzənnə və xaricə köçürmələr haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!