USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank”ın Müşahidə Şurasının sədri səhm payını artırıb - İndi əsas səhmdar Marina Kulişovadır

12.08.2022 Bank
0 0
Ölkənin aparıcı banklarından biri olan Yelo Bank-ın nizamnamə kapitalındakı iştirak strukturunda dəyişiklik edilib. Belə ki, Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova “Topaz Investments Limited” MMC-nin səhmlərini alaraq mövcud payını artırıb. Nəticədə Marina Kulişovanın səhm payı 98.91%-ə çatıb. Bununla yanaşı, Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov da artıq səhmdarlar sırasında yer alıb. İsgəndər Xəlilovun səhm payı isə dəyişilməz olaraq qalır.

Marina Kulişova 2016-cı ildən Yelo Bankın Müşahidə Şurasının sədridir. Bankın daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması və rebrendinq prosesi onun dəstəyi və rəhbərliyi ilə həyata keçirilib. Bu da özünü Bankın bugünkü güclənmiş fəaliyyəti və parlaq maliyyə nəticələrində göstərir.

Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov Marina Kulişovanın səhm payının artırılmasının hələ 2019-cu ildə qəbul edilmiş transformasiya strategiyasının növbəti məntiqi addımı olduğunu qeyd edib: “2016-cı ildən etibarən Yelo Bank-ın səhmdarı kimi Marina xanımın bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. O, öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Bununla da Bankın transformasiya mərhələsindən uğurla keçməsinə öz töhfəsini verib. Onun rəhbərliyi ilə 2021-ci ildən başlatdığımız 3 illik strategiya planımızın hədəflərini bütün göstəricilər üzrə üstələməyi bacarmışıq. Bankın gələcəyi ilə bağlı gözləntilərimiz də olduqca optimistikdir. Səhmdarlar və rəhbərliklə birgə növbəti illərdə Yelo Bank-ın lider bankların arasında öz güclü mövqeyini qorumasını hədəfləmişik. Bankımız real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə və ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə davam edəcək.”

Marina Kulişova da eyni zamanda bildirib ki, Yelo Bank Azərbaycanın bank sektorunda uğurlu rebrendinq strategiyasına görə parlaq nümunədir. Onun fikrincə, Bank bu illər ərzində güclü idarə tərkibi və peşəkar komandasının sayəsində uzun və səmərəli yol qət edib. Xanım Kulişova Bankın gələcəkdə də müxtəlif sahələrdə uğurlu layihələrinin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Respublikasının vətəndaşı olan Marina Kulişova Bakı şəhərində anadan olub. Ali təhsilini Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) tamamlayıb. İngiltərənin Nottinqem Trent Universitetində bakalavr və magistr dərəcələrinə yiyələnib. 20 ildən artıq investisiyaların idarəedilməsi, strateji inkişaf və konsaltinq xidmətləri sahəsində geniş təcrübəyə malik olan Marina xanım Avropa Birliyi, Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq investisiya idarəetmə şirkətlərinin təsisçisi, eyni zamanda səhmdarıdır.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!