Bank Respublika “Smart Banking” təcrübə proqramına start verdi
Seçim mərhələsini uğurla keçən iştirakçılar, 3 ay davam edəcək təcrübə proqramı müddətində bankın peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək və eyni zamanda real iş mühitində biliklərini tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa təcrübə proqramında iştirak edəntəcrübəçilərə aylıq ödəniş də ediləcək.
Proqramın sonunda təcrübə proqramını uğurla bitirən iştirakçılar “Bank Respublika”da işlə təmin olunacaq.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
Proqrama qoşulmaq istəyənlər 01.10.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Smart banking” qeyd edərək, [email protected] ünvanına göndərə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.