USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il sahibkarlara verilən güzəştli kreditin həcmi 72 mln. ₼-ı ötüb

21.09.2022 Bank
0 0
Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72.1 milyon ₼, o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53.4 milyon ₼ güzəştli kredit verilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitterdə paylaşıb.

Nazir qeyd edib ki, güzəştli kreditlərin 71.4%-i aqrar sektorun, 28.6%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88.2%-i regionların, 11.8%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.