USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB: Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək

28.09.2022 Bank
0 0
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

“Biz daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşmanın tamamlanmasını hədəfləmişik. Və bununla bağlı qanun layihəsi müvafiq qurumlara təqdim edilib. Yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək. Bundan sonra bu sığorta xidmətinin təkmilləşdirilməsi üçün işlərə başlanılacaq”,-deyə V.Qurbanov əlavə edib.