İsrail Mərkəzi Bankı ( İsrail Bankı) uçot faiz dərəcəsini gözləniləndən daha artıq yüksəldib və o bununla inflyasiyanı hədəf çərçivəsinə gətirməyə çalışır.
Bu barədə Kommersant.az İsrail Bankının bazar ertəsinə açıqladığı press-relizə istinad edir.
İsrail Bankı uçot faiz dərəcəsini 75 baza bəndi, yaxud 0.75 faiz bəndi artırmaqla 2.00%-dən 2.75%-ə yüksəldib.
İsrailin illik inflyasiya səviyyəsi iyulda 5.2%-lik 14 ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra avqustda 4.6% təşkil edib. Bu da hökumətin illik 1-3%-lik hədəf diapazonunu üstələyir və 1 noyabr seçkiləri ərəfəsində yaşayış xərclərinin artmasına ictimai aqressiyanı yüksəldir.
Eyni zamanda, İsrail iqtisadiyyatı ikinci rübdə birinci rüblə müqayisədə illik 6.8% artıb.
Qeyd edək ki, israil şekeli (ILS) ilin ABŞ dollarına qarşı əvvəlindən indiyə qədər 15.16% dəyər itirib. Hazırda USD/ILS cütlüyünün məzənnəsi 3.57 səviyyəsi ətrafındadır.