USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Unibank” müştərilərin hesabına 900 manat köçürdü, sonra isə... - Nə baş verir?

04.10.2022 Bank
0 0
“Unibank”ın bir çox müştərinin kart hesabına 900 manat pul köçürdüyü iddia edilir. Bildirilir ki, bank sonradan məbləği müştərilərin hesabından silib.

“Unibank”dan verilən açıqlamada məlumatın doğru olduğu təsdiqlənib.

Qeyd olunub ki, texniki problemlə əlaqədar bəzi müştərilərin balansına səhvən pul yüklənib: “Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib”.

Xatırlatma: Ötən il də “Unibank” müştərilərinə bənzər problemi yaşatmışdı. Bank həmin problemin də texniki səbəblərdən baş verdiyini demişdi.