USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ukrayna iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə müqayisədə 8 dəfə çox geriləyəcək”.

05.10.2022 Bank
0 0
Belə bir proqnoz Dünya Bankı hesabatında yer alıb.

Dünya Bankı analitiklərinə görə, Ukrayna iqtisadiyyatının 2022-ci il yekununda 35%, Rusiya iqtisadiyyatının isə 4.5% azalacağı ehtimal olunur. Avropa və Mərkəzi Asiya üzrə Bankın ən son hesabatında “Ukrayna iqtisadiyyatında aprel ayından etibarən yüksəlişə keçmə siqnalları görülsə də, bərpa prosesi yavaş olacaq. Müharibənin ölkəyə zərəri isə hazırda 349 mlrd. ABŞ dolları təşkil edir ki, bu da Ukrayna ÜDM-dən 1.5 dəfə çoxdur”, deyilib.

“The Guardian“ Ukraynanın onsuz da kasıb ölkə olduğunu, 7 aylıq müharibə nəticəsində ölkənin 44 milyonluq əhalisinin 1\3 hissəsinin daimi yaşayış yerini dəyişdiyini, 60% əhalinin isə milli yoxsulluq səviyyəsindən aşağı həddə yaşadığını bildirib.