USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank pul nişanları ilə bağlı qaydada dəyişiklik etdi

13.10.2022 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişiklikləri təsdiq edib.

"Kommersant.az" xəbər verir ki, qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.