“Gunay Bank” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ilin 3-cü rübü ilə bağlı hesabatını ictimaiyyətə təqdim etmişdir.
Hesabata nəzər salarkən məlum olur ki, Bank inamla böyüməkdə davam edir, ilin əvvəlinə nisbətən bankın ümumi aktivləri 33.425.3 min manat və ya 13% artaraq 283.894.7 min manata çatmışdır.
“Günay Bank” cari ilin 9 ayı ərzində 616.3 min manat mənfəət əldə etmişdir. Bu göstərici isə ötən ilin 9 ayına nisbətən 217,6 min manat və ya 55% artımın nəticəsidir.
Həmçinin məlum olur ki, ümumi kredit portfelinin artımı 8.350.1 manat və ya 4% təşkil etməklə ilin əvvəlinə nisbətən 211.794.3 min manata çatmışdır.
Bankın məcmu kapitalı isə 65.363.3 min manata yüksəlmişdir.
Yuxarıda qeyd olunanlar “Günay Bank” ASC-nin ölkə üzrə korporativ bankçılıqda uğurla irəlilədiyinə dəlalət edir.