USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

01.11.2022 Bank
0 0
Azər Türk Bank 01 noyabr 2022-ci il tarixindən etibarən istehlak kreditləri üzrə yeni kampaniyaya start verir. Kampaniya ərzində rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.

Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərinillik faiz dərəcəsi, müvafiq olaraq 13,5%, 15%, 16%səviyyəsində müəyyən edilmişdir.

Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilənkreditin maksimum məbləği 15 000 manatdır.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifarişvermək mümkündür.

Kampaniya 30 noyabr 2022-ci il tarixinədək davamedəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflıməlumatı https://atb.az saytından, bankın sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli ÇağrıMərkəzindənəldə edə bilərsiniz.