USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank iqtisadiyyatdan pul yığmaqda davam edir

10.11.2022 Bank
0 0
10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) iki müddət üzrə və hər birinin 30 mln. manat dəyəri olan iki not hərracı başa çatıb.

"Kommersant.az"

xəbər verir ki, 27 gün qısamüddətli (AZ2029024703 dövlət qeydiyyat nömrəli) və 83 gün müddətli (AZ2030024700 dövlət qeydiyyat nömrəli) notlarının yerləşdirilməsi üzrə hərraclar keçirilib.

27 gün. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 99.6041 (5.3%) manat və 99.7181 (3.77%) manat olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,719,200 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.7159 (3.8%) manat, orta ölçülmüş qiyməti isə 99.7164 (3.79%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 07.12.2022-ci ildir.

83 gün. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 98.7478 (5.5%) manat və 99.0523 (4.15%) manat olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66,793,500 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0410 (4.2%) manat, orta ölçülmüş qiyməti isə 99.0438 (4.19%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 01.02.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.