USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank sahibkarlığın inkişafına dəstəyini davam etdirir

15.11.2022 Bank
0 0
Dövlət bankı Azər Türk Bank iqtisadiyyatın müхtəlif sektorlarında fəaliyyət göstərən hüquqi şəхslərə və fərdi sahibkarlara bizneslərində vəsait likvidliyinin dəstəklənməsi, dövriyyə vəsaitlərinin artırılması üçün əlverişli şərtlərlə AZN və USD valyutalarında “Biznes kredit xətti” məhsulunu təklif etməkdədir.

Biznes ehtiyaclarından irəli gələn qısamüddətlimaliyyələşmə tələblərini qarşılayacaq, kreditin təyinolunmuş limit və müddət çərçivəsində tam və ya hissə-hissə ayrılmasını, ödənilməsini və yenidən istifadəolunmasını nəzərdə tutan bu kredit xəttinin illik faizdərəcəsi müştəri ilə birgə müəyyən olunur.

Belə ki, müştərinin bankla əməkdaşlıq səviyyəsi, o cümlədən, hesabları üzrə apardığı əməliyyatların növlərivə həcmi, kredit üzrə təklif olunan təminat və digər hallarəsas götürülərək standart kredit faiz dərəcəsinəəhəmiyyətli endirimlər tətbiq edilir.

Üç illik müddətədək açılan bu kredit xəttindən istifadəetmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz formada, həm biznes, həm dəəməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankınmüştəriləri sırasına qatıla bilərlər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.