USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank müştəriləri KorpON terminalı ilə toplu mədaxil edə biləcəklər

17.11.2022 Bank
0 0
Yelo Bank müştərilərinin rahatlığı üçün yeni imkanlar yaradır. Artıq müştərilər irihəcmli, nağd mədaxilləri və kredit ödənişlərini “KorpON” terminalları vasitəsilə edə biləcəklər.

Bankın fiziki şəxs, sahibkar və hüquqi şəxs müştəriləri “KorpOn” terminalları vasitəsilə cari hesaba mədaxil və kredit ödənişlərini icra edə biləcəklər. Terminalda AZN valyutasında olan hesablara yalnız AZN olaraq mədaxil etmək mümkündür. Terminala birdəfəlik ilkin mədaxil məbləği maksimum 14 999 AZN-dir.

KorpON terminallarının üstünlüyü ondadır ki, banka getmədən, günün istənilən vaxtı bank hesablarına mədaxili tək-tək deyil, toplu şəkildə etmək mümkündür. Belə ki, terminal 1 dəqiqə ərzində 1200 ədəd əsginas sayıb mədaxil edə bilir. Bunun üçün sadəcə şəhərin 50-dən çox məntəqələrində yerləşdirilmiş “KorpON” terminallarından birinə yaxınlaşmaq kifayətdir. Terminallar 1-ci sinif təhlükəsizlik dərəcəsinə malik seyf sistemi, həmçinin Giesecke+Devrient (Giziki + Devirint) pul qəbuledici sistemləri ilə təchiz olunub.

Bank xidmətləri, həmçinin, onlayn kredit ödənişi(https://www.yelo.az/az/individuals/online-services/online-loan-payment/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!