Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
10 iyul 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
|
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
|
Qiymətli kağızın ISIN kodu |
AZ0105011693 |
|
Emissiya həcmi |
35 000 000 AZN |
|
Nominal dəyəri |
100 AZN |
|
İstiqrazların tədavül müddəti |
728 gün |
|
Faiz ödənişləri (olduqda) |
2019-cu il 8 yanvar, 2019-cu il 9 iyul, 2020-ci il 7 yanvar, 2020-ci il 7 iyul |
|
Faiz gəliri |
8 % |
|
Ödəmə tarixi |
07.07.2020 |
|
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.






.jpg)
























































.jpg)







