USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Pro Kredit BOKT”ın kredit portfeli kəskin azalıb - HESABAT

09.07.2018 Bank
0 0
“Pro Kredit BOKT”ın müştərilərə verdiyi kreditlər də azalıb. 2016-cı ilin sonun da 4 milyon 554 min manat təşkil etmiş cəmi kreditlər 2016-cı ilin sonunda 2 milyon 687 min manat olub (41% azalma)

"Kommersant" kredit təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 1 milyon 227 min manat təşkil etmiş faiz gəlirləri 2017-ci ildə 699 min 854 manata düşüb (43% azalma).

"Pro Kredit BOKT" ASC-nin qeyri-faiz gəlirləri isə 233 min 390 manatdan 5 min 491 manata geriləyib.

Gəlirlərin düşməsinə baxmayarraq, 2016-cı illə müqayisədə təşkilat xərclərini azaltdığından zərəri də azalıb.

​"Pro Kredit BOKT" ASC 2017-ci ili 8 min 380 manat zərər ilə başa vurub. ASC, 2016-cı ili 94 min 232 manat zərər ilə bağlamışdı. Beləliklə, BOKT-ın zərəri 11 dəfədən çox azalıb.