USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznes sahibləri üçün Yelo mobil tətbiqində yenilik

31.01.2023 Bank
0 0
Yelo Bank mobil tətbiqinin funksionallıqlarını təkmilləşdirməyə davam edir. Bu dəfə tətbiqin biznes hesabında mühüm yeniliklər istifadəyə verilib.

Belə ki, mobil tətbiqdə sahibkarlarla yanaşı, hüquqi şəxslər də qeydiyyatdan keçə biləcəklər. Bundan əlavə, tətbiqində artıq aşağıdakı xidmətlər aktivdir:

  • Hesablar arası köçürmələr
  • Bankdaxili köçürmələr
  • Ölkədaxili köçürmələr
  • Büdcə ödənişləri
  • ƏDV ödənişləri
  • Konvertasiya

Yeniliklər bunlarla bitmir. Yelo biznes tətbiqində “İmzalar” menyusu əlavə olunub. Bunun sayəsində müştərilər bütün ödənişlərini izləyə və lazım olanları imzalaya bilərlər. Qeyd edək ki, sözügedən funksionallıqlardan yararlanmaq üçün Yelo biznes tətbiqinə ASAN İmza ilə daxil olunmalı və köçürmələr ASAN İmza ilə təsdiq edilməlidir.

Bankın ən müasir texnoloji həllər əsasında qurulmuş Yelo mobil tətbiqi sayəsində filiallarda təklif olunan bank xidmətlərindən məsafədən və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq mümkündür. Yaxın zamanda tətbiqdə müştərilərin rahatlığı üçün daha bir neçə funksionallığın əlavə edilməsi gözlənilir. Siz də Yelonun parlaq tətbiqini yükləyib, üstünlüklərindən tam faydalana bilərsiniz: https://bit.ly/ylkpt


Bank xidmətləri, o cümlədən maşın krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!