USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənfəətin 76 faizi üç bank arasında paylanıb

01.03.2023 Bank
18 1
“Melli İran Bankı”nın Bakı filialı istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən 24 bankın əmaəliyyatdan əldə etdiyi mənfəətin cəmi 2022-ci ilin sonunda 1 milyard 401 milyon 296 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 433 milyon 380 min manat və ya 30,93 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, bankların əldə etdiyi əməliyyat mənfəətinin 76,26 faizin üç böyük bankın payına düşüb. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” (qısaca – ABB) 395 milyon 430 min manatlıq əməliyyat mənfəətilə 28,21 faiz, “Kapital Bank” 460 milyon 462 min manatlıq əməliyyat mənfəətilə 32,86 faiz, “Paşa Bank” 212 milyon 808 min manatlıq əməliyyat mənfəətilə 15,18 faizlə əməliyyat mənfəətinin cəmində paya sahib olub.

Qeyd edək ki, 2021-ci ilin sonunda 3 bank əməliyyat zərəri əldə etmişdi.

Bankın Adı

Əməliyyat Mənfəəti

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

395.430

278.028

117.402

2

Access Bank

24.334

1.264

23.070

3

AFB Bank

9.689

4.149

5.540

4

ASB

5.173

2.831

2.342

5

Azər Türk Bank

18.617

143

18.474

6

Bank Avrasiya

6.410

6.100

310

7

Bank BTB

442

136

306

8

Bank of Baku

34.097

20.586

13.511

9

Bank Respublika

33.280

14.089

19.191

10

Bank VTB

1.917

-4.291

6.208

11

Express Bank

16.013

13.568

2.445

12

Günay Bank

2.224

2.527

-303

13

Kapital Bank

460.462

368.894

91.568

14

Melli İran Bankı

-

-

-

15

Muğan Bank

16.562

1.492

15.070

16

Naxçıvan Bank

17.126

11.482

5.644

17

Paşa Bank

212.808

161.896

80.912

18

Premium Bank

10.545

-714

11.259

19

Rabitə Bank

20.625

18.771

1.854

20

Turan Bank

8.454

1.914

6.540

21

UniBank

24.513

21.550

2.963

22

Xalq Bank

52.792

30.114

22.678

23

Yapı Kredi Bank

10.174

5.948

4.226

24

Yelo Bank

673

-1.592

2.265

25

Ziraat Bank

18.936

9.031

9.905