USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB sınaq keçirəcək

01.03.2023 Bank
17 9
VTB Rusiya öz işçiləri arasında rəqəmsal rublun dövriyyəsini sınaqdan keçirəcək.

Bankın rəhbəri Andrey Kostin bildirib ki, VTB tezliklə öz işçiləri arasında rəqəmsal rublla əməliyyatları sınaqdan keçirməyə başlayacaq.

"Aprel ayında ən mühüm mərhələ qarşıdadır: Mərkəzi Bank bankların real müştəriləri üzərində rəqəmsal rublla sınaq işlərinə başlayacaq. Yaxın gələcəkdə VTB də öz əməkdaşları arasında rəqəmsal rublla sınaq əməliyyatlarına başlayacaq", - o deyib.

Rəqəmsal rubl platformasının prototipinin yaradılması Rusiya Bankı tərəfindən 2021-ci ilin dekabrında tamamlanıb. Platformanın emitenti və operatoru Mərkəzi Bankdır. Müştərilərin maliyyə institutları vasitəsilə elektron pul kisələri açması və onlar vasitəsilə əməliyyatlar aparması planlaşdırılır.