USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Unibank” “Bravoda”kı hadisə ilə bağlı məlumat yayıb

04.03.2023 Bank
15 1
“Unibank Kommersiya Bankı” bu gün Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həsənov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”.