Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır.Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 %-dən artığı tələb olunmayacaq.
Kommersant.az məsələ ilə bağlı Natiq Cəfərlinin fikirlərini öyrənib.
Ekspert bildirb ki, bu əlavə borc yükü yaratmayacağına görə vətəndaşlar üçün yaxşı olacaq:
"Bunun çox sadə izahı var. Əvvəllər dövrə və hər ay gecikdirilmiş kreditə görə müqavilədə nəzərdə tutulan kredit faizi hesablanırdısa, indi maksimum 5% hesablanacaq”.
İqtisadçı bildirib, bu faizləri azaltmaqdan başqa hökümət daha çox fikirləşməlidir ki, nəyə görə insanlar götürdükləri krediti gecikdirir:
“Daha çox bunun səbəblərini araşdırıb, onunla bağlı addımlar atmağa ehtiyac var”.