USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir bank iflas etdi

13.03.2023 Bank
13 1
ABŞ-da Silikon Vadisi Bankından (SVB) sonra Signature Bank da iflas bayrağını çəkdi.

Nyu-York Maliyyə Xidmətləri Departamenti (DFS) ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) əmanətçilərin əmanətlərini qorumaq üçün Signature Bank-a qəyyum təyin etdiyini açıqlayıb.

Signature Bank-ın 31 dekabr 2022-ci il tarixinə təxminən 110,4 milyard dollar aktivi və təxminən 88,6 milyard dollar depoziti olub. Bankın FDIC sığortası olduğu bildirilir. SVB bu il müflis olan ilk FDIC sığortalı qurum idi.

Kaliforniyada yerləşən SVB 21 milyard dollarlıq istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağladıqdan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhm qiyməti 60 faizdən çox düşdü. Bəzi investorlar pullarını bankdan çıxarmağı tövsiyə etdikdən sonra bankın zərəri artdığı üçün əməliyyatları dayandırılıb.

SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biridir.

Qeyd edək ki, bu vaxta qədərki ən böyük iflas 2008-ci il böhranı zamanı Washington Mutual şirkətinin iflası hesab olunurdu.