USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB Bank bağlandı - PROSES BİR NEÇƏ İL SÜRƏCƏK

28.03.2023 Bank
0 1
VTB Bank Europe-un səhmdarlarının yığıncağı bankın ləğvi barədə qərar qəbul edib.

VTB-nin Avropadakı törəmə bankı VTB Bank (Avropa) SE-nin səhmdarlarının illik ümumi yığıncağı 2023-cü il aprelin 1-dən bankın ləğvi barədə qərar qəbul edib.

“Bank VTB (Avropa) SE (VTBE)-nin 24 mart 2023-cü il tarixində Frankfurt am Main şəhərində keçirilən növbədənkənar Ümumi Yığıncağında bankın 1 aprel 2023-cü il tarixindən ləğv edilməsi barədə qərar qəbul edilib. Beləliklə, Aprelin 1-dən etibarən bank bütün qalan biznes və müştəri münasibətlərini dayandıracaq".

Qeyd olunur ki, bu qərarla bank ötən ilin yazında bank nəzarəti orqanının tətbiq etdiyi yeni fəaliyyətlərə və əmanətlərin qəbuluna qadağa qoyulduğu faktiki ləğvetmə vəziyyətindən təsdiq edilmiş ləğvetmə prosesinə keçir. Bankın məlumatına görə, ləğvetmə prosesi bir neçə il çəkəcək.