Banklar müştəriləri necə aldadır - VİDEO AÇIQLAMA

11.07.2018 Bank
“Əmanətlərlə bağlı reklamların sayı da çox azdır”

“Kommersant” xəbər verir ki, bunu saytımıza video açıqlamasında iqtisadçı hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, müflis olmuş banklarda kreditorlar komitəsi yaradılmalıdır.

Ekspert vurğulayıb ki, banklar tərəfindən reklam haqqında qanunun müvafiq maddələrinin pozulması hallarına da rast gəlmək olur. Belə ki, bank reklamda kredit faizini endirməsi ilə bağlı məlumat verir, amma bu, natamam məlumat olduğu üçün müştərilərdə yalnış anlaşılmalara yol açır. Nəticədə narazılıqlar yaranır.

Bildirək ki, Əkrəm Həsənov açıqlamasında kredit müqavilələri və bank əmlakları ilə bağlı maraq doğuran bir neçə məsələyə də aydınlıq gətirib.

Video açıqlamanı təqdim edirik: