Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarının elan olunacağı tarix açıqlanıb.
Kommersant.az AMB-yə istinadən xəbər verir ki, AMB idarə heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı mayın 3-də saat 11:00-də açıqlanacaq.
Xatırladaq ki, martın 29-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.