USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin həcmi azalıb

04.05.2023 Bank
26 5
Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) təqdim etdiyi məlumata görə 2023-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq, milli valyuta ekvivalentində 20347,1 milyon manat təşkil edib.

Kommersant.az xəbər verir ki, ümumi kredit portfelinin 16 milyard 756 milyon manatı və ya 82,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,1 faizi banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 12,2 faiz azalaraq 606 milyon manat olub və ümumi kredit portfelinin 3 faizini təşkil edib.