USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Mərkəzi Bankından nə gözlənilir?

08.05.2023 Bank
10 1
Bir çox bankların iqtisadçıları Avropa Mərkəzi Bankının (AMB) iyul ayına qədər faiz dərəcələrini daha iki dəfə artıracağını proqnozlaşdırırlar.

Kommersant.az xəbər verir ki, ECB, keçən cümə axşamı gecəlik depozit faizini 3,25%-ə qaldıraraq, sərtləşmə tempini yavaşlatdığı mesajını verdi.

Bir çox bankların iqtisadçılarının proqnozlarına görə, bu həftəki faiz artımından sonra ECB faiz dərəcələrini daha iki rüb bənd artıracaq.

Bloomberg-in araşdırmasına görə, Goldman Sachs kimi bir çox bank ECB-nin faiz dərəcələrini daha iki dəfə 25 bənd artıraraq 3,75 faizə çatdıracağını bəyan edib. ING və Commerzbank birdəfəlik faiz artımı ilə faiz dərəcəsinin 3,50 faizə enəcəyini gözlədiyi halda, Danske Bank ECB-nin faiz dərəcəsini 3 dəfə 25 bənd artıraraq 4 faizə qaldıracağını proqnozlaşdırıb.