USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank erməni dəyirmanına su tökür - FOTO

05.06.2023 Bank
11 45
Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) Qarabağımızı erməni dilində də təqdim edir.

Kommersant.az xəbər verir ki, AMB öz rəsmi internet saytında Azərbaycanın 44 günlük vətən müharibəsinin nəticəsində işğaldan azad etdiyi Qarabağ bölgəsinin tamamını Azərbaycan dili ilə yanaşı erməni dilində də təqdim edir.

AMB-nin Qarabağımızı erməni dilində təqdim etməsinin səbəbi “Google” şirkətinin xəritəsindən istifadə etməsidir. Lakin buna baxmayaraq, Azərbaycanda fəaliyyət göstərən 24 bankın əksəriyyətində bu xəritəyə rast gəlmək mümkün deyil. Çünki, yerli banklarımız ya özlərinin hazırladığı xəritədən, ya da “Yandex” şirkətinin istifadəyə verdiyi xəritədən istifadə edirlər. Nəzarətedici qurumun nəzarətsiz buraxdığı bu məsələ şəhid ailələri və qazilərimizə birbaşa hörmətsizlik kimi qiymətləndirilir.

Bu məsələ Azərbaycanın həssas məsələsidir. Buna görə də dövlət qurumu bu həssaslığa riayət etməli və bu kimi siyasi səhvlərə yol verməməlidir.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.