USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşa Bank” cəmi aktivlərini yüksəldib

25.07.2023 Bank
25 11
“Paşa Bank”ın cəmi aktivləri ötən ilin eyni rübü ilə müqayisədə 955 milyon 591 min manat və ya 12.9 faiz artaraq 8 milyard 377 milyon 653 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 24.4 faiz olub. Belə ki, bankın kredit portfeli 233 milyon 540 min manat artaraq 2 milyard 744 milyon 294 min manata yüksəlib.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, portfeldə istehlak kreditləri 40 milyon 863 min manat artaraq 225 milyon 213 min manata, biznes kreditləri isə 169 milyon 3 min manat artaraq 2 milyard 393 milyon 766 min manata, daşınmaz əmlaka verilən kreditlər isə 23 milyon 674 min manat artaraq 125 milyon 315 min manata yüksəlib.

“Paşa Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 315 min manat artıraraq 74 milyon 756 min manata yüksəltməsi xalis kreditlərini 2 milyard 669 milyon 538 min manata bərabər edib. Bu ötən ilin analoji rübü ilə müqayisədə 225 milyon 225 min manat və ya 9.2 faiz çoxdur.