USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ZiraatBank”ın əməliyyat mənfəəti 15.4 faiz artıb

03.08.2023 Bank
0 0
“ZiraatBank”ın faiz gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 48 min manat artaraq 20 milyon 833 min manata, faiz xərcləri isə 2 milyon 325 min manat artaraq 5 milyon 566 min manata yüksəlib. Nəticədə bank 13 milyon 772 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 446 min manat və ya 33.4 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, Bankın qeyri-faiz gəliri 610 min manat artaraq 6 milyon 633 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 694 min manat artaraq 10 milyon 205 min manata çatıb. Buna görə də bankın əməliyyat mənfəəti 1 milyon 362 min manat və ya 15.4 faiz artaraq 10 milyon 200 min manat təşkil edib.