USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların kredit portfeli niyə azalıb - VİDEO AÇIQLAMA

16.07.2018 Bank
0 0
"Bank, yüksək faizlə kredit verməklə yanaşı, kütləvi kredit vermə imkanlarını məhdudlaşdırı"

"Kommersant" xəbər verir ki, bunu portalımıza video açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bankların təklif etdikləri kredit faizlərində ciddi azalma yoxdur:

"Banklar, bir tərəfdən yüksək faizlə kredit verməkdə davam edirlər, digər tərəfdən də kütləvi kredit imkanlarını məhdudlaşdırıblar. Nəticədə son statistik göstəricilərə görə, ölkədə fəaliyyət göstərən bankların kredit portfelində 5 milyard manata yaxın azalma qeydə alınıb. Bunun özü də, eyni zamanda, yüksək faizlə yanaşı, bankların kredit qoyuluşlarını azaltmaları ilə bağlıdır."

Ekspert qeyd edir ki, bankların tətbiq etdikləri yüksək faiz siyasəti qısa zaman ərzində yüksək gəlir əldə etmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, iqtisadçı alim portalımıza video açıqlamasında depozit faizləri, milli və xarici valyuta ilə depozit qoyuluşları və real sektora yönəldilən kreditlərlə bağlı məsələlərə də aydınlıq gətirib.

Video açıqlamanı izləyə bilərsiniz: