"Turan Bank"ın maliyyə vəziyyəti məlum oldu - HESABAT

16.07.2018 Bank
Bank bu rübü mənfəətlə başa vurub

"Kommersant" xəbər verir ki, bankın 2018-ci ilin ikinci rübü üzrə hesabatında "Turan Bank"ın faiz gəlirləri 15 milyon manat, faiz xərcləri 10 milyon manat, qeyri-faiz gəlirləri 1 milyon 716 min manat, qeyri-faiz xərcləri isə 5 milyon 580 min manat təşkil edir. Əməliyyat mənfəəti 645 min manat olub. Bank bu ilin ikinci rübünü mənfəətlə başa vurub. Belə ki, bankın xalis mənfəəti 205 min manat olub.

Bankın müştərilərə verdiyi kreditlərin həcmi 273 milyon 214 min manat olub. "Turan Bank"ın cəmi aktivləri 492 milyon 741 min manat təşkil edir. Bankın depozit portfeli 226 milyon 909 min manat və cəmi öhdəlikləri isə 433 milyon 243 min manat olub. Bankın məcmu kapitalı 69 milyon 177 min manat təşkil edir.