USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankından "Sərt maliyyə siyasəti" mesajı

03.10.2023 Bank
0 0
Rusiya Mərkəzi Bankının sədri Zabotkin inflyasiyanın səviyyəsini 4 faizə endirmək üçün gələn il sərt fiskal siyasətin həyata keçiriləcəyini bəyan edib.

Rusiya Mərkəzi Bankının sədri Aleksey Zabotkin Rusiya Federasiya Şurasındakı çıxışında Rusiya Mərkəzi Bankının pul siyasətini dəyərləndirib.

İnflyasiya hədəfinin 4 faiz olduğunu xatırladan Zabotkin, "İnflyasiyanın 4 faiz hədəfinə qaytarılması üçün yəqin ki, gələn il sərt pul siyasətinin davam etdirilməsi lazım olacaq" deyib.

Gələn il faiz dərəcəsinin orta hesabla 11,5 ilə 12,5 arasında olacağını təxmin etdiklərini ifadə edən Zabotkin, "Ancaq inflyasiya azaldıqca faiz dərəcəsi 2026-cı ilə qədər 5,5 ilə 6,5 arasında neytral aralığa qayıdacaq", - deyə şərh edib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov sentyabrın 25-də verdiyi açıqlamada ölkədə inflyasiyanın 2024-cü ildə yüksək səviyyədə qalacağını bildirib.