USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taleh Kazımov bank rəhbərləri ilə görüşdü - FOTO

26.10.2023 Bank
0 0
Azərbaycan Mərkəzi Bankında (qısaca - AMB) ölkədə fəaliyyət göstərən banklarla makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub.

Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bank rəhbərləri ilə növbəti dəfə görüşdük və III rübün nəticələrini müzakirə etdik. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik, makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq”, - deyə o qeyd edib.