USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kiçik və orta bizneslərin ucuz maliyyə resurslarına çıxışı təmin ediləcək - Mərkəzi Bankdan yeni QƏRAR

01.11.2023 Bank
0 0
Mərkəzi Bank tərəfindən kapital bazarının dərinlik və diversifikasiyasının artırılması məqsədi üzrə həyata keçirilən əsas təşəbbüslərdən biri də investisiya alətlərinin əhatə dairəsinin genişləndirilməsidir.

Kommersant.az xəbər verir ki, bu barədə AMB-nin yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu istiqamətdə növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” (Qayda) təsdiq edilib və 31 oktyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Qaydalar beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanıb və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması, habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.

Qaydanın tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.