USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın xalis mənfəəti artıb

16.11.2023 Bank
0 0
“Yapı Kredi Bank”ın faiz gəliri 8 milyon 767 min manat artaraq 27 milyon 300 min manata, faiz xərcləri isə 199 min manat artaraq 1 milyon 713 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 8 milyon 567 min manat artaraq 25 milyon 586 min manat olub.

Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın qeyri-faiz gəliri 2 milyon 916 min manat artaraq 16 milyon 309 min manata, qeyri-faiz xərcləri isə 4 milyon 748 min manat artaraq 27 milyon 529 min manata çatıb. Yükunda bank 14 milyon 366 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 6 milyon 735 min manat çoxdur.

Əldə olunan əməliyyat mənfəətinfən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 1 milyon 309 min manat, mənfəət vergisinə isə 2 milyon 964 min manat ödəndiyi üçün “Qoç Bank”ın xalis mənfəəti 10 milyon 93 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9 milyon 702 min manat çoxdur.