USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rayonlarda bank kreditləri niyə bahadır? - İqtisadçı açıqladı

21.12.2023 Bank
0 0
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır:

"Bu xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyluşlarının artırılmasına əngəl olur".

İqtisadçı ekspert Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bunun səbəblərinə toxunub. O bildirib ki, Azərbaycanda banklarda faiz dərəcələri ümumiyyətlə yüksəkdir:

"Regionlarda bunun daha yüksək olmasının iki əsas səbəbi var. Birincisi, rayonlarda kreditə tələbat yüksəkdir. Kredit nağd pulun alqı-satqısı prosesidir. İkincisi, regionlarda məşğulluq səviyyəsi şəhərlə müqayisədə aşağıdır. Şəhərlərdə əhalinin məşğulluq səviyyəsi daha yüksək olduğu üçün bu və ya digər məhsula əlçatanlıq təmin olunur. Banklar kredit verərkən risk səviyyəsini qiymətləndirir. Şəhərdə yaşayan şəxsin müvafiq qaydada iş yeri olur, krediti ödəmək imkanı da nisbətən yüksək olur. Kənddə yaşayan şəxsin məşğulluq imkanı məhdud olduğuna görə banklar ona etibar edə bilmir, çünki krediti qaytarmaqda çətinliklər yaşana bilər. Risk səviyyəsi nə qədər yüksəkdirsə, faiz dərəcələri də ona uyğun tənzimlənir".