"Ziraat Bank Azərbaycan"ın kredit portfeli artıb - HESABAT

19.07.2018 Bank
Bank 2018-ci ilin birinci yarısını mənfəətlə başa vurub

"Kommersant" bankın açıqladığı maliyyə hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 5 milyon 981 min manat, 2 milyon 571 min manat, faiz xərcləri 2 milyon 115 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 410 min manat təşkil edib. "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 3 milyon 26 min manat olub. Bankın mənfəətdən vergilərə 237 min manat ödəyəndən sonra 2018-ci ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəətlə başa vurub.

"Ziraat Bank Azərbaycan" 2018-ci ilin birinci yarısında xalis kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 88 milyon 509 min manata çatıb. Bank mümkün zərərlərin ödənilməsi üçün 1 milyon 53 min manat vəsait ayırıb. Bankın depozt portfeli 94 milyon 277 min manat təşkil edir. Bankın cəmi aktivləri 229 milyon 867 min manat, cəmi öhdəlikləri isə 162 milyon 804 min manat olub