"Günay Bank" hesabatını açıqladı

19.07.2018 Bank
Bank 2018-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb

“Kommersant” xəbər verir ki, "Günay Bank"ın 2018-ci ilin birinci yarısında faiz gəlirləri 4 milyon 303 min manat, qeyri-faiz 4 milyon 830 min manat, faiz xərcləri 2 milyon 112 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 105 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 3 milyon 916 min manat olub. “Günay Bank” 2018-ci ilin ikinci rübünü 616 min manat mənfəətlə başa vurub.

Bank 2018-ci ilin ilk yarısında müştərilərə 147 milyon 734 min manat kredit verib.“Günay Bank”ın depozit portfeli 86 milyon 898 min manat təşkil edib. Bankın cəmi aktivləri 181 milyon 695 min manat, cəmi öhdəlikləri isə 120 milyon 970 min manat təşkil edib. Bankın məcmu kapitalı 60 milyon 673 min manat təşkil edir.