USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ildən uçot dərəcəsi depozit faizlərinə təsir edəcək - Mərkəzi Bank

31.01.2024 Bank
0 0
Gələn ildən Azərbaycanda uçot dərəcəsinin depozit faizlərinə təsir edəcəyi gözlənilir.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

"Hazırda bazarda likvidlik kifayət qədərdir. Yüksək likvidlik şəraitində Mərkəzi Bankın faiz dərəcələri çalışmır. Pulların həcmini elə səviyyədə saxlamalıyıq ki, dəyəri Mərkəzi Bank tərəfindən planlaşdırılan dəhliz çərçivəsində olsun", - o deyib.