USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank Azərbaycanda "yaşıl" kredit və istiqrazlara tələbi öyrənir

31.01.2024 Bank
0 0
Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkə bazarına dayanıqlı maliyyələşdirmə sahəsində çox sayda innovativ məhsul daxil ola bilər.

Bunu Trend-in sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

"COP29 Azərbaycanda nüfuzlu tədbir olaraq keçiriləcək. Ölkəmiz üçün bu tədbirə ev sahibliyi etmək böyük uğurdur. Ölkənin bütün strukturları bu prosesə cəlb olunub", - T.Kazımov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl" kreditlərin və "yaşıl" istiqrazların buraxılması istiqamətində işlər təkcə Mərkəzi Bankdan asılı deyil.

"Biznesin "yaşıl" kreditlərə tələbatı olmalıdır. O zaman bank bu istiqamətdə addımlar ata bilər. "Yaşıl" maliyyələşdirmə vasitələri ilə bağlı vəziyyət öyrənilir", - deyə o, əlavə edib.