USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

16.02.2024 Bank
0 0
Rusiya Mərkəzi Bankı siyasət faizini gözləntilərə uyğun olaraq 16 faiz səviyyəsində saxlayıb.

Bankdan verilən açıqlamada ölkədə inflyasiyanın azalmağa başlasa da, hələ də yüksək səviyyədə olduğu bildirilib.

Açıqlamada, il sonu inflyasiyanın yüzdə 4-4,5 arasında olması gözlənildiyi ifadə edilərkən, Rusiya iqtisadiyyatının 2023-cü ildə yüzdə 3,6 ilə gözləntilərin üzərində böyüdüyünə diqqət çəkildi.

Açıqlamada daxili tələbatın məhsul və xidmətlərin istehsal gücünü aşmağa davam etdiyi bildirilib:

"Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini yüzdə 16 səviyyəsində sabit saxlamağa qərar verdi".

Açıqlamada, Bankın izləyəcəyi pul siyasətinin inflyasiyadakı enişi möhkəmləndirməyə davam edəcəyi vurğulanıb. Rusiya Mərkəzi Bankı son dəfə 2023-cü ilin dekabrında uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırıb.