USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “Premium Bank”a icrası məcburi sərəncam verdi

26.02.2024 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Kommersant.az xəbər verirt ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki,“Premium Bank” ASC tərəfindən xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvar ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Premium Bank” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.