USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il nağdsız ödənişlərin həcmi 49 mlrd. manat olub

28.02.2024 Bank
0 0
2023- cü ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən xəbər verir.

Belə ki, 01.01.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 mln. ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləyib.

2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artıb.

Emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 mln. ədəd) debet kartlar, 13%-ni (2.2 mln. ədəd) isə kredit kartları təşkil edib. 2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 mlrd. manat olub.

Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olub.