"Bank Avrasiya"nın maliyyə vəziyyəti məlum oldu - HESABAT

20.07.2018 Bank
Bank bu rüb üçün mənfəətini açıqladı

"Kommersant" xəbər verir ki, "Bank Avrasiya" 2018 ci ilin birinci yarımilini 4 milyon 465 min manat xalis mənfəətlə başa vurub. Bankın faiz gəlirləri 6 milyon 44 min manat, qeyri-faiz gəlirləri 631 min manat, faiz xərcləri 1 milyon 371 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 221 min manat təşkil edir. Bankın xalis əməliyyat mənfəəti 3 milyon 83 min manat olub.

Bankın kredit portfeli 90 milyon 827 min manat, depozit portfeli isə 32 milyon 814 min manat təşkil edir. Bankın cəmi aktivləri 169 milyon 444 min manat, cəmi öhdəlikləri isə 105 milyon 762 min manat olub.